• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda qadınları tora salan kişi ətiri satılır - FOTOLAR

Azərbaycanda qadınları tora salan kişi ətiri satılır - FOTOLAR

AzNews.az bir müddət əvvəl xaricdə əyləncə məkanları və turizm obyektlərində əcnəbi qızları “tora salmaq”, “ovlamaq” üçün xüsusi ətirlərin hazırlandığı bağlı məlumat vermişdi.

Həmin vaxt xəbər ölkədə böyük rezonans doğurmuşdu. Qızları arzulamadığı seksə təhrik etmək üçün hazırlanan bu ətirlə bağlı Aznews.az-ın əməkdaşı çox maraqlı məlumatlar əldə edib. Sən demə, həmin ətrin Azərbaycanda da qeyri-rəsmi satışı həyata keçirilirmiş.

Özünü müştəri kimi təqdim edən əməkdaşımızla söhbət zamanı “Ricardo Veron” adlanan bu ətrin satışını həyata keçirən şəxs şok məlumatlar açıqlayıb. Satıcı “Ricardo Veron” və eyni funksiyalı “Afrodizyak” ətrinin satışını ölkədə yalnız iki nəfərin əlində olduğunu bildirib. O, müştərilərə 75 qramlıq ətri 100 manata satdığını, digər şəxsin isə 30 manat baha 130 manata təklif etdiyini söyləyib. Onu da qeyd edib ki, ölkədə ətirin kifayət qədər müştərisi var.

“Ricardo Veron”un keyfiyyətinə zəmanət verdiyini söyləyən satıcı ətirin Türkiyədən gətirdiyini və ətirin satışı ilə bağlı konkret mağazanın olmadığını bildirib.

Qeyd edək ki, bir çox ölkələrdə satışı qadağan olunan “Ricardo Veron” ətrindən son zamanlar Türkiyədə daha çox istifadə edilir Əyləncə məkanına getməmişdən əvvəl kişilər bu ətirdən istifadə edir. Bu ətrin insanı başdan çıxarmaq kimi xüsusiyyəti olduğu bildirilir. Daha sonra həmin şəxslər turistlərlə yaşadıqları əyləncəni videoya alır.

Məlumata görə, ətir qadınların özünə nəzarəti itirməsinə və özünü qarşısındakına təslim etməsinə gətirib çıxarır. Bununla bağlı məsələ o qədər aktuallaşıb ki, artıq bir neçə ölkənin ictimai xadimləri, eləcə də bu sahənin mütəxəssisləri SOS siqnalları veriblər. Mütəxəssislər qadınları ehtiyatlı olmağa çağırır: “Heç tanımadığınız birinə aşiq olub, ona özünüzü təslim edə bilərsiz”.

“Ricardo Veron” ətiri ilə başdan çıxarılan qızlar ətirin təsiri azaldıqdan sonra birlikdə olduqları şəxsin əslində heç xoşlarına gəlmədiyinin fərqinə varırlar. Ancaq bu zaman gec olur.

Almaniyanın “Kruverszen” laboratoriyasının analiz mütəxəssisi Maria Lyris bildirib ki, ətir 12 nəfərdən ibarət xüsusi heyət tərəfindən öyrənilib. Nəticələrə əsasən ətir normal afrodizyak olaraq tanınan bir çox ətirlərdən tərkibinə görə fərqlənir və qadınlar bu ətirin qarşısında dayana bilmirlər: “Əgər bu ətirin satışı davam etsə, çirkin kişilər gözəl qadınları özlərinə aşiq etməkdə heç bir çətinlik çəkməyəcəklər. Bu vəziyyət yayılacaq”.

Bəzi məlumatlara görə, internetdə satışa çıxarılan ətir Türkiyədə artıq 1 milyon 300 min nəfərə satılıb.

Onu da qeyd edək ki, bu ətir barədə məlumatlar o qədər də çox deyil. Axtarış zamanı daha çox bu ətirlə bağlı reklam xarakterli materiallar və video çarxlara rast gəlinir. Onlarda isə bu ətrin qoxusunun sadəcə qadınları məftun etdiyi izah olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR