• USD 1,7022 0,00% EUR 1,8242 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0303 0,00%

İki avtomobil elektrovozla toqquşdi, ölən və xəsarət alanlar var

İki avtomobil elektrovozla toqquşdi, ölən və xəsarət alanlar var

Azərbaycanda iki avtomobil elektrovozla toqquşub, ölən və xəsarət alanlar var.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, noyabrın 22-də saat 11 radələrində Şəmkir rayonunun Sabirkənd kəndində qorunmayan keçiddə Zəyəm qəsəbə sakini Sənan Bayramov idarə etdiyi “VAZ-2109” markalı avtomobili elektrovoza vurub. Nəticədə sürücü S.Bayramov hadisə yerində ölüb.

Oxşar hadisə Xızı rayonu ərazisində də baş verib. Noyabrın 21-də saat 18 radələrində Xızı rayonunun Sitalçay kəndində qorunmayan keçiddə Sumqayıt şəhər sakini İxtiyar Hadıyev idarə etdiyi “Volkswagen” markalı avtomobili elektrovoza vurub. Nəticədə sürücü və 1 sərnişini xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdiriliblər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR