"Vulkan" oteldə ölən qadını əmisi oğlu boğubmuş
Bizi izləyin

Qırmızı.az

"Vulkan" oteldə ölən qadını əmisi oğlu boğubmuş

Daxili İşlər Nazirliyi (DİN) “Vulkan” motelində baş verən hadisə ilə bağlı növbəti dəfə məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirən qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.

Qeyd edək ki, Afaq Şükürovanın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən “Vulkan” motelinin hamam otağında özünü asaraq intihar etdiyi bildirilirdi.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm