Qırmızı.az
Nazirliyin iki qurumunda yeyinti aşkarlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət şöbəsi tərəfindən Bakının Xətai rayon Məşğulluq Mərkəzinin və Şabran rayon Əhalinin sosial müdafiəsi mərkəzinin 2010-2013-cü illər ərzindəki fəaliyyətinin araşdırılması zamanı bir sıra qanun pozuntularına yol verildiyi aşkar edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının funksional vəzifələrinin icrası vəziyyətinin araşdırılması nəticəsində işsizlik müavinətlərinin təyinatı zamanı 88 halda qanunsuz olaraq 1 37852,95 manat məbləğində dövlət vəsaitinin ödənildiyi müəyyən olunub. Habelə Şabran rayon Əhalinin sosial müdafiəsi mərkəzində aparılan araşdırmalar nəticəsində mərkəz tərəfindən 32 sosial müavinət işi üzrə 50 881,8 manat və 36 ədəd ünvanlı sosial yardım işi üzrə 43 005,1 manat, ümumilikdə 93 886,9 manat (bundan 44 642 manatının araşdırma dövründə büdcəyə bərpası təmin olunub) artıq ödəmənin aparıldığı aşkar edilib.
Hər iki hal üzrə müvafiq vəzifəli şəxslər ilkin olaraq tutduqları vəzifədən azad olunmaqla, araşdırmaların nəticələrinə dair müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI