MTRŞ İTV və “Space”ə xəbərdarlıq etdi
Bizi izləyin

Qırmızı.az

MTRŞ İTV və “Space”ə xəbərdarlıq etdi

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

MTRŞ-nın mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, iclasda “İctimai Televiziya və Radio Yayımları Şirkəti” və “Space Müstəqil Tele-radio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.2, 35.7, 35.8-ci maddələrinin tələblərini pozduğuna görə “İctimai Televiziya və Radio Yayımları Şirkətinə, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin tələblərini pozduğuna görə isə “Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm