Ov üçün getdi, lakin özü ovlandı
Bizi izləyin

Qırmızı.az

Ov üçün getdi, lakin özü ovlandı

Masallı rayonu Xurmandalı kənd sakini, 1977-ci il təvəllüdlü Qaraş Əlisəfa oğlu Kərimov ov zamanı yaralanıb. Məsələ ilə bağlı Publika.az-a məlumat verən Xurmanlı kənd icra nümayəndəliyi Məhərrəm müəllimin sözlərinə görə, Qaraş Kərimov ov zamanı ehtiyatsızlıq edib və nəticədə özünə xəsarət yetirib.

«Onu Masallı Rayon Xəstəxanasına çatdırıblar. Tüfəngin patronu Qaraş Kərimovun gözünün alt tərəfindən daxil olub ağız hissəsinə qədər gedib» deyən Xurmandalı kənd icra nümayəndəliyinin bildirdiyinə görə, Qaraş Kərimovun müayinəsi üçün artıq Bakıdan həkimlər də dəvət olunub: «Müayinədən sonra onun paytaxtda əməliyyat olunması məsləhət görülüb və Bakıya yola düşüb».

Qeyd edək ki, Masallı rayon Xurmandalı kənd sahə polis rəisi, polis mayoru Vaqif Nəcəf oğlu Kəlbiyevlə də telefon əlaqəsi saxladıq. Lakin o, hazırda Bakıda olduğunu və hadisədən məlumatsız olduğunu vurğuladı.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm