Qırmızı.az
Müşfiqabadda 3 ölü
Gecə saatlarında Qaradağ rayonu Müşfiq qəsəbəsində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində Müşviq qəsəbəsinin Çaylı kəndi ərazisində qeydə alınıb.
İsmayıllı rayon sakini Fəxrəddin Babayev "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşını yol kənarında dayanan "Schacman" markalı yük avtomobilinə çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 52 yaşlı İslam Rəhimov və 48 yaşlı Əziz Mitalov hadisə yerində dünyasını dəyişib. Maşında olan digər sərnişinlər, 28 yaşlı Ruslan Məmmədov və 52 yaşlı Zərnişan Babayeva ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, hazırda yaralıların vəziyyəti kafi qiymətləndirilir.
Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol polisinin əməkdaşları baxış keçiriblər. Baş verən qəzaya səbəb olan "Mercedes" cərimə meydançasına aparılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya düşən ailə İsmayıllı rayonunda yaşayan qohumlarının yas mərasimindən gəlirmiş. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər