Qırmızı.az
Sürücülər üstünüzə su sıçradarsa, 902-yə zəng edin
Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə
əlaqədar piyadaların üzərinə su sıçradan sürücülərə xəbərdarlıq
edib.
BDYPİ-nin İctimai Əlaqələr Şöbəsinin rəisi, polkovnik Kamran Əliyev
oxu.az-a bildirib ki, yağışlı hava şəraiti ilə əlaqədar qəsdən
piyadanın üzərinə su sıçradan sürücülər cəzalanacaq.
K.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 155.1.5
maddəsinə əsasən su və ya palçığı yolda piyadaların və nəqliyyat
vasitələrinin üzərinə qəsdən sıçradan sürücülər 40 AZN məbləğində
cərimə olunur.
Şöbə rəisi piyadalara da müraciət edərək bildirib:
“Onlar da diqqətli olmalıdır, yollarda harda ki, gölməçə var,
piyadalar bir qədər kənarda dayanıb avtomobilin hərəkətinin
bitməsini gözləməlidir. Çünki sürücü ola bilər ki, avtomobili 20-30
kms-lə idarə etsin, belə olduğu halda nəqliyyat vasitəsinin təkəri
çalaya düşə bilər və bu istər-istəməz su sıçrayışına səbəb ola
bilər. O, bunu qəsdən törətmədiyi üçün ona inzibati məsuliyyət
nəzərdə tutulmur. Lakin elə sürücülər də var ki, qəsdən gölməçələr
olan yerdə avtomobilin alt hissəsinin yuyulması üçün və ya digər
məqsədlə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edir və
piyadaların, eləcə də digər avtomobillərin üzərinə çirkli su
sıçradır”.
Kamran Əliyev qeyd etdi ki, bu cür kobud davranışla üzləşən
piyadalar avtomobilin dövlət nişanını, markasını, rəngini,
hadisənin harda və nə vaxt baş verdiyi haqda məlumatları əldə
edərək polis bölməsinə və “902”-yə müraciət edə bilərlər.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO