Lənkəranda evləri su basdı
Bizi izləyin

Qırmızı.az

Lənkəranda evləri su basdı

Noyabrın 25-ə keçən gecə Lənkəran şəhəri ərazisində yağan yağışlar nəticəsində, Lənkəran şəhərində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolmuş və vətəndaşların evdən çıxması çətinləşib.


Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.


Keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb və 4 nəfər təhlükəsiz əraziyə köçürülüb.


Əməliyyat bu gün səhər saat 06:40-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm