• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İntihar baş verən xəstəxananın rəhbəri danışdı (YENİLƏNİB)

İntihar baş verən xəstəxananın rəhbəri danışdı (YENİLƏNİB)

Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi Qabus Dadaşov Publika.az-a açıqlamasında bildirib ki, intihar edən Tovuz rayon sakini baş beynin beyindaxili bədxassəli şişindən müalicə olunurdu:

"Onun beynilə, psixoloji durumu ilə bağlı elə də ciddi pozulma yox idi. Əgər insanın beynində şiş varsa bu, hər zaman baş verə bilər. Ancaq adi palatada yatan xəstə idi. Belə bir şey gözləmirdik. Qeyd edim ki, xəstəxanada ona qarşı hər hansı bu əmələ təhrikedici hərəkətə yol verilməyib".

10:18

Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alan xəstə intihar edib.

Xətai Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, xəstəxanada müalicə olunan Şahlar Zeynalov dünən xəstəxananın 3-cü mərtəbəsində yerləşən palatadan özünü atıb.

Xəstə aldığı xəsarətdən yerində keçinib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsiylə cinayət işi açılıb.

Valeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR