İsmayıllıda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

İsmayıllıda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT (YENİLƏNİB)

Xəstəxanadan Publika.az-a verilən məlumata görə, doğuşdan bir neçə saat sonra anada güclü qanaxma olub. Bu səbəbdən ana əməliyyat olunub. Lakin o, əməliyyatdan sağ çıxmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Publika.az-a bildirib ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasında baş verən ana ölümü ilə bağlı artıq nazirlik məlumatlıdır:

“Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası araşdırma aparır. Bu barədə məlumat veriləcək”.

11:17

Ötən gün axşan saatlarında İsmayıllı rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı ana ölüb.

İsmayıllı rayonun Mərkəzi Xəstəxanasının ginekologiya Şöbəsindən Publika.az-a verilən məlumta görə, Quşencə kənd sakini Afət Ağayeva doğuş zamanı dünyasını dəyişib.

Xəstənin qohumları A.Ağayevanın ölümündə həkimi Məlahət Hüseynovanı ittiham edir.

İsmayıllı rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Həkimin ölümdə günahı sübut edilərsə, onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Məlahət Hüseynovanın adı bundan öncə də ana və uşaq ölümündə hallanmışdı. Ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisəsə təqsirləndirilən həkim M.Hüseynova 6 ay doğuşa girmək qadağan edilmişdi.

Xatırladaq ki, bu barədə məlumatı azvision.az saytı yayıb.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm