Bu müəllimənin həyatını xilas etmək sizin əlinizdədir
Bizi izləyin

Qırmızı.az

Bu müəllimənin həyatını xilas etmək sizin əlinizdədir

Hörmətli vətəndaşlar ( ölkədaxili və xaricində yaşayanlar ), Musayeva Ayşad İsa qızı 2 ildir ki, “ Meme Ca kranial Metastaz “ xəstəliyindən əziyyət çəkir.

Bu müddətdə Azərbaycan Respublikası Mərkəzi Onkoloji Xəstəxanasında müalicə alsa da, hər hansı irəliləyiş əldə edilməyib. Bu müddət ərzində xəstəlik metastaz verərək, beyinə keçib və hazırda beyinin sağ yarımkürəsində tümör (şiş) şəkilindədir. Həkimlərin rəyinə görə tümörün (şişin) aradan qaldırılması üçün əməliyyat olunmalıdır. Publika.Az-ın xəbərinə görə, bu barədə müəllimənin şagirdləri müraciət edib.

Ailəsinin Türkiyədə keçiriləcək bu əməliyyat üçün lazım olan 15.000 AZN-i ödəməyə imkanı çatmadığından sizlərə müraciət edirik.

Yardım etmək istəyən şəxslər, bu nömrələrlə əlaqə saxlaya bilərlər. Əlaqə tel: (055) 557-89-93 l Bəhruz Əli (055) 687-41-27 l Toğrul Musa (055)531-72-88 l Rövşən Xaricdə yaşayan vətəndaşlar aşağıda yerləşən bank hesabına pul köçürə bilərlər. Bank hesabı 1-2 günə qeyd olunacaq.

Hal-hazırda xəstə, Ankara Hacettepe Universitesi xəstəxanasında koma vəziyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm