Özünü Qız Qalasından atan şəxsin fotosu yayıldı - FOTOFAKT
Bizi izləyin

Qırmızı.az

Özünü Qız Qalasından atan şəxsin fotosu yayıldı - FOTOFAKT

Özünü Qız Qalasından atan şəxsi tanıyanlar polisə müraciət etsin.

Ötən gün günorta saatlarında Səbail rayonunda intihar hadisəsinin baş verdiyini bildirmişdik. Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsindən Publika.az-a verilən məlumata görə, özünü Qız Qalasından atan ortayaşlı kişinin şəxsiyyətini hələ də müəyyənləşdirmək mümkün olmayıb. Polisdən verilən bilgiyə görə, onun üzərində şəxsiyyətini təsdiq edən sənəd tapılmayıb.

Bununla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsi əhalinin həmin şəxsin kimliyini müəyyənləşdirməkdə yardım göstərmələrini xahiş edir. Şəkildə gördüyünüz şəxs barədə məlumatı olan hər bir kəsdən aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq xahiş olunur:

(+99412) 492 02 02 və 437 02 02

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm