Qırmızı.az
BMT və ABŞ Azərbaycanda qadın zorakılığı ilə bağlı vəziyyəti qiymətləndirib
"BMT qadınlara qarşı zorakılıqla mübarizədə Azərbaycan hökumətinə yardım etməyə hazırdır".
Trend-in məlumatına görə, bunu “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” adlı konfransda çıxışı zamanı BMT-nin Azərbaycan ürzə rezident əlaqələndiricisi Antonius Broek deyib.
Onun sözlərinə görə, qadına qarşı zorakılığın nə siyasi, nə təhsil,
nə dini, nə milli cəhətləri və əlamətləri var.
A.Broek bildirib ki, qadınlar gender bərabərliyi və digər
zorakılıqlara məruz qalırlar: "Bütün dünyada qadınları qorumaq və
zorakılıq hallarını aradan qaldırmaq olduqca vacibdir. Məişət
zorakılığı nəticəsində hər həftə bir qadın dünyasını dəyişir.
Qadınları müdafiə etmək üçün Azərbaycan Respublikasının Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir sıra beynəlxalq
təşkilatlarla əməkdaşlıq edərək bunun qarşısını almağa çalışır.
Zorakılığın aradan qaldırılması əsas məqsədlərdəndir. Bu prosesə
cəmiyyətin bütün üzvləri cəlb olunmalıdır. Müvafiq cavab tədbirləri
görülməsi üçün hər kəs səfərbər olmalıdır".
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek
Hoqan isə çıxışında deyib ki, dünyada hər üç qadından biri
döyülməyə, pis rəftara və cinsi zorakılığa məruz qalır. Onun
sözlərinə görə, zorakılığa məruz qalan qadınlar fundamental
hüquqlarından istifadə edə bilmirlər: "Maddi durumu, dini irqindən
və təhsil səviyyəsindən asılı olmayaraq hər qadın zorakılığa məruz
qalır. Çox şadıq ki, bu sahədə Azərbaycanda qanunvericilik bazası
işlənilib. ABŞ hökuməti Azərbaycanın bölgələrində məişət zorakılığı
hallarının aradan qaldırılması ilə əlaqədar müvafiq tövsiyələr
verib. Azərbaycan hökumətinin də bu istiqamətdə gördüyü işlər
təqdirəlayiqdir".
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO