Qırmızı.az
Xəbərdarlıq: III dünya müharibəsi bu səbəbə görə başlaya bilər
"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal edilib. Həmin bölgədə böyük şirin su ehtiyatları mövcuddur. Hazırda bu, Azərbaycan üçün böyük təhdiddir. Münaqişənin həllindən sonra isə bu, ölkəmiz üçün böyük imkanlar yaradacaq".
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov SAM və AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda "Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində" mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.
F.Məmmədov qeyd edib ki, Qafqazda su probleminin ən çox hiss
olunduğu ölkə Azərbaycandır. Azərbaycan bu problemin həlli
istiqamətində müvafiq fəaliyyət göstərir, sərhədyanı çayların
səmərəli istifadəsi, su anbarlarının tikintisi ilə su problemini
həll etməyə çalışır.
SAM direktorunun fikrincə, ümumiyyətlə, su problemi dünyada ən
aktual problemlərdən biridir və davamlı inkişaf strategiyalarında
ən vacib yerlərdən birini tutur: "Konfransda həm regional, həm
qlobal kontekstdə bu problem müzakirə olunacaq, konfrans adından
müvafiq beynəlxalq təşkilatlara müraciət ediləcək. Eyni zamanda,
gələn il üçün Fəaliyyət Planı hazırlanacaq ki, bu məsələlərin
müzakirəsi genişlənsin”.
Açılış mərasimində çıxış edən AMEA-nın Rəyasət Heyətinin üzvü
Fəxrəddin Qədirov deyib ki, planetdə əhali sayının artması ilə su
ehtiyatları azalmaqdadır: "Kənd təsərrüfatı və sənayenin inkişafı
da yeni su ehtiyatları tələb edir. Bu baxımdan konfransın belə
qlobal problemin müzakirəsinə həsr edilməsi təsadüfi deyil. Su
ehtiyatlarının inteqrasiya yolu ilə həll olunması, sudan siyasi
məqsədlər və konflikt üçün istifadə edilməsi məsələləri də müzakirə
olunacaq. Konfransda qəbul edilmiş qərar və tövsiyələrin Azərbaycan
üçün də böyük əhəmiyyət daşıyacağına əminəm”.
AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov isə qeyd
edib ki, Yer planetinin 2/3-si su ilə örtülsə də, onun yalnız 2,5
faizi şirin sudur. Şirin suların da cəmi 0,2 faizi içməli sudur:
"Təsadüfi deyil ki, üçüncü dünya müharibəsi baş verərsə, bunun su
ilə bağlı olacağı bildirilir".
Qeyd edək ki, tədbir transsərhəd sulardan və su çatışmazlığından
siyasi-iqtisadi təzyiq kimi istifadənin yolverilməzliyinə, dünyada
şirin su zəminində baş verən və proqnozlaşdırılan münaqişələrə,
beynəlxalq hüququn fəallaşdırılmasına və bu istiqamətdə
tövsiyələrin hazırlanmasına həsr olunub.
Konfransda Azərbaycan alimləri və siyasətçiləri ilə yanaşı,
Türkiyə, Serbiya, Misir, Gürcüstan, ABŞ, Qazaxıstan, İordaniya,
Niderland və Bosniya və Herseqovinadan gəlmiş mütəxəssislər də
iştirak edirlər.
Məruzəçilər Yaxın və Orta Şərqdə, Şimali Afrikada, Mərkəzi Asiyada
və Cənubi Qafqazda su ehtiyatlarından səmərəli istifadəyə və
onların qorunmasına yönəldilmiş səylərin zəruriliyinə
toxunacaqlar.
Tədbirin sonunda Birləşmiş Millətlər Təşkilatına, onun
ixtisaslaşdırılmış qurumlarına və Ümumdünya Su Şurasına ünvanlanan
Bakı Bəyannaməsi qəbul olunacaq.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...