Buraxılış imtahanlarında yeniliklər olacaq
Bizi izləyin

Qırmızı.az

Buraxılış imtahanlarında yeniliklər olacaq

Bu il 11-ci siniflərdən orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanları nəticələrinə əsasən aparılacaq.

Publika.az-ın məlumatına görə, bu sözləri TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

TQDK sədri ötən ildən 9 illik bazadan orta ixtisas məktəblərinə qəbulda bu qaydanın tətbiq edildiyini bildirib.

“Üçüncü və dördüncü qruplarda qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanları nəticəsinə uyğun aparılacaq. Çünki bəzi ixtisaslar üzrə 20 il ərzində apardığımız araşdırmalar nəticəsində məlum olub ki, abituriyentlər bütün ixtisas fənlərinə yaxşı hazırlaşmırlar. Bu baxımdan yeni qərar onların 3 fənnə daha mükəmməl hazırlaşmasına kömək edəcək”.

M.Abbaszadə onu da vurğulayıb ki, yeni qərar buraxılış imtahanından “2” alan şagirdlərə aid edilməyəcək:

“Buraxılış imtahanında “2” alan şagirdlər attestat alsalar da, orta ixtisas təhsili müəssisələrinə qəbul edilməyəcək. Çünki qəbul qaydalarına əsasən, abituriyent hər bir fənndən ən azı 10% nəticə göstərməlidir”.

M.Abbaszadə bu il buraxılış imtahanlarında tətbiq ediləcək digər bir yenilikdən də danışıb. Onun sözlərinə görə, bu il buraxılış imtahanlarında yeni bir fənn əlavə ediləcək:

“Üçüncü fənn xarici dil olacaq. Üçüncü qrupda xarici dil fənni var. Hesab edirəm ki, bu fənnin əlavə edilməsi şagirdlərə çətinlik yaratmayacaq. Çünki orta məktəblərin hamısında xarici dil fənni keçirilir. Şagirdlər hansı fənn üzrə təhsil alıblarsa, həmin fənn üzrə də imtahan verəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm