Polis orqanlarında çalışmaq istəyənlərin nəzərinə
Bizi izləyin

Qırmızı.az

Polis orqanlarında çalışmaq istəyənlərin nəzərinə

Daxili işlər naziri Ramil Usubov polisdə işləmək istəyənləri qəbul edəcək.

Bu barədə Publika.az nazirliyin saytına istinadən xəbər verir.

Polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan rayon sakinləri 29 noyabr 2014-cü il tarixdə saat 12.00-da Sumqayıt Şəhər Polis İdarəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcəklər.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm