Biznesmen 100 milyonluq mənimsəmədə ittiham olunur
Bizi izləyin

Qırmızı.az

Biznesmen 100 milyonluq mənimsəmədə ittiham olunur

Məhkəmə onun həbs tələbindən imtina edib

Yekaterinburqun Lenin Rayon Məhkəməsi ötən gün baş tutmuş prosesdə şəhərin ən nəhəng biznes mərkəzlərindən birinin sahibi olan Andrey Qavrilovu həbs etmək barədə irəli sürülmüş tələbdən imtina edib.

Qeyd edək ki, adıçəkilən sahibkar 100 milyon rubl məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinir. İstintaq orqanları belə hesab edir ki, sözügedən məbləğ bir müddət öncə tikilməkdə olan mərkəzin mərtəbələrinin birinə sərf olunub. Lakin sonradan bəlli olub ki, sirafişçilərdən biri üçün nəzərdə tutulmuş həmin mərtəbə artıq kiməsə satılıb.

Biznes mərkəzinin sahibi Andrey Qavrilov isə özünü günahkar hesab etmir. Sözügedən məsələ ilə bağlı hələ ötən il məqalə hazırlamış «Regional qəzet» («Oblastnaya qazeta») isə bildirib ki, Andrey Qavrilov axtarışa verilmiş və qiyabi həbs olunmuşdu. Lakin müəmmalı səbəblər üzündən Sverdlovsk Regional Məhkəməsi biznesmenin həbsilə bağlı qərarı ləğv edib.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm