İrandan Azərbaycana 10 kq-dan çox narkotik keçirmək istədi
Bizi izləyin

Qırmızı.az

İrandan Azərbaycana 10 kq-dan çox narkotik keçirmək istədi

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda - ümumi çəkisi 10 kiloqram 800 qram olan narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Publika.az Dövlət Xidmətinin saytına istinadən xəbər verir ki, noyabrın 17-də həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasına gətirilən 5 kiloqram tiryək və 5,8 kiloqram marixuana dövriyyədən çıxarılıb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm