Zəlzələ icra başçısının toplantısını yarımçıq saxladı
Bizi izləyin

Qırmızı.az

Zəlzələ icra başçısının toplantısını yarımçıq saxladı

"Zəlzələ toplantının təxirə salınmasına da səbəb oldu”

“Rayona dəyən ziyanla bağlı yaşayış məntəqələrindən informasiyalar toplanır”.

Bunu AzNews.az-a açıqlamasında Hacıqabul Rayon İcra Hakimiyyətinin birinci müavini Sahib Aslanov bildirib. O, deyib ki, hələlik İcra Hakimiyyətinə ciddi dağıntı ilə bağlı məlumat daxil olmayıb:

“Bu gün yerli vaxtla saat 16:15 dəqiqədə rayonda zəlzələ hiss edildi. Zəlzələdən sonra bütün nümayəndələr yerlərə ezam olunublar. Araşdırmaların nəticələri yaxın 1 saat ərzində açıqlanacaq”.

S. Aslanov zəlzələ baş verən zaman Hacıqabul Rayon İcra Hakimiyyətində toplantı keçirildiyini qeyd edib: “İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun sədrliyi ilə toplantı keçirilirdi. Zəlzələ toplantının təxirə salınmasına da səbəb oldu”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm