• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Qreçka”nın qiyməti qalxdı? – Rəsmilər bir söz deyir, bazarlar başqa söz

“Qreçka”nın qiyməti qalxdı? – Rəsmilər bir söz deyir, bazarlar başqa söz

Rusiyada qarabaşağın qiyməti artıb. Oktyabrın 31-dən noyabrın 17-dək Rusiyada qarabaşağın qiyməti 27,5% yüksəlib. Rusiya hakimiyyəti zəruri dövlət ehtiyacları üçün saxlanılmış qarabaşaq (qreçka) ehtiyatlarını satışa çıxarmağa qərar verib.

Azərbaycanın ən çox qarabaşaq idxal etdiyi Rusiyada qiymətin qalxması ölkə bazarlarına necə təsir edib?

Apardığımız araşdırma zamanı bəlli oldu ki, bir sıra marketlər son bir neçə həftədir qarabaşaq satmır. Məhsulun satıldığı marketlər arasında qiymət 1 manatdan 1 manat 40 qəpiyə yüksəlib. Satıcılar bunu məhsulun topdansatış qiymətinin artması ilə əlaqələndirirlər. Onlar əvvəlki aylar topdansatışdan qarabaşağın kilosunu 60 qəpiyə, son günlər isə 1 manata aldıqlarını dedilər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizə 3131 ton qarabaşaq idxal edilib. Onun 1490 tonu Rusiya, qalanı Ukrayna və digər ölkələrdəndir. Bu ilin doqquz ayında Rusiyadan 1116.5 ton qarabaşaq idxal edilib.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdiri İmran Cümşüdov ölkəmizdə qarabaşağın istehsalı üçün uyğun iqlim şəraitinin olmadığını, məhsulun əsasən, Rusiya və Ukraynadan idxal edildiyini deyib:

“Bu bitki iqlimə həssasdır, ölkəmizdə temperatur, rütubət həmin bitkinin becərilməsi üçün uyğun deyil. Çünki onun çiçək açdığı vaxtda temperatur 30 dərəcədən çox, rütubət 50 faizdən aşağı olmamalıdır. Uyğun şərait olmayanda normal tozlanma olmur, yaxşı məhsul əldə edilmir. Rusiyadakı qıtlığın ölkəmizdə də müşahidə edilməsi gözlənilmir. Lakin cüzi qiymət artımı da istisna edilmir”.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin nazirliyin müvafiq qurumlarının apardıqları monitorinq zamanı qarabaşağın qiymətində artım müşahidə etmədiklərini deyib.

“Monitorinqlərin məqsədi süni qiymət artımının qarşısını almaqdır. Bu baxımdan da ticarət obyektlərində monitorinqlərimiz davam etdirilir”.

Qeyd edək ki, Rusiyalı ekspertlər qiymət artımının quraqlıq və ya qıtlıqla əlaqədar olmasını real hesab etmirlər. Bu məhsulun satışı ilə məşğul olan sahibkarların məqsədli şəkildə atdıqları addım kimi dəyərləndirilir.

Sonuncu dəfə Rusiyada qarabaşağın qiymətinin artması 2010-cu ildə olub. Həmin il topdansatış mərkəzləri qarabaşağın 1 kq-nı 70-80 rubla (2 dollar 30-60 sent) alırdılar. Dükanlara çıxana qədər qarabaşağın qiyməti 100 rubla (3,22 dollar) çatırdı. Həmin dövr üçün qarabaşağın pərakəndə satış qiyməti ən ucuz və çoxsatılan ətin - toyuq ətinin qiyməti ilə bərabər olmuşdu.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR