Rüşvətdə ittiham olunan sabiq hakim məhkəmədə ifadə verdi
Bizi izləyin

Qırmızı.az

Rüşvətdə ittiham olunan sabiq hakim məhkəmədə ifadə verdi

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Trend-in məlumatına görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Həsən Əliyev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Həsən Əliyev bildirib ki, ona qarşı irəli sürülən ittihamlar şər və böhtandır.


Məhkəmə iclası dekabrın 5-də davam etdiriləcək.


Xatırladaq ki, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda “yağlı” işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. Elman Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev də Ramazan Səlimovdan sonuncunu işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb.


Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və Elman Məmmədov həbs edilib. İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm