• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bakıda torpaq sürüşdü, sakinlər köçürüləcək (YENİLƏNİB)

Bakıda torpaq sürüşdü, sakinlər köçürüləcək (YENİLƏNİB)

Bakının Xətai rayonu Nobel prospektində torpaq sürüşməsi baş verən ərazidəki sakinlər köçürüləcək.

Bunu Publika.az-a Xətai rayon İcra Hakimiyyətinin memarı Vadim Surxayev məlumat verib.

O, əraziyə baxış keçirdiklərini və hazırda yaşayış üçün təhlükə olmadığını dedi:

“Ərazidə bir evin həyətində metal konsturksiyası eroziyaya uğrayıb. Bu da ciddi təhlükə yaratmır. Hazırda ərazidə yaşayan sakinlərin köçürülməsi planlaşdırılmır. Lakin ərazi “Ağ şəhər”in planına düşüb. Həmin plana uyğun olaraq evlər köçürüləcək. Köçürülmənin vaxtı dəqiq bəlli deyil”.

11:04

Bakının Xətai rayonu Nobel prospektində torpaq sürüşməsi baş verib. Hadisə fərdi yaşayış evinin həyətində olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Publika.az-a açıqlamasında sürüşmə baş verən ərazidə sakinlərin yaşamasının təhlükəli olduğunu deyib.

Onun sözlərinə görə, sürüşməyə səbəb çirkab sularının əraziyə axıdılmasıdır.

“Ərazi maili yamacdadır, daim suların axıdılması sürüşməyə səbəb olub.Sürüşmə nəticəsində uçqun baş verib, hazırda sürüşmə aktiv fazadadır. On gündür ərazidə aktivlik var, proses yamac boyu bütün ərazilərdə müşahidə edilir. Hazırda uçqun yalnız fərdi yaşayış evinin yaxınlığındadır. Ola bilər ki, ərazi yaxınlığında lokal xarakterli sürüşmələr müşahidə edilsin”.

S.Əmiraslanov son günlər paytaxtda bir-birinin ardınca iki ərazidə baş verən hadisələrin sürüşmə sahələrindəki aktivləşmə ilə əlaqədar olmasına aydınlıq gətirib:

“Aparılan monitorinqlər nəticəsində paytaxtda və Abşeron yarımadasındakı sürüşmə sahələrində aktivlik müşahidə edilmir. Biləcəri və Nobel prospektində müşahidə edilən hadisələr, respublika ərazisindəki sürüşmə sahələri ilə əlaqəsi yoxdur. Hər iki sahədə baş verən hadisələr texnogen mənşəlidir. Atmosfer yağıntıları nəticəsində baş verən hadisələr əsasən dağlıq ərazilərdən keçən yollarda müşahidə edilir”.

S.Əmiraslanov hazırda respublikanın atmosfer yağıntıları nəticəsində Lənkəran-Lerik avtomobil yolunda aktivlik müşahidə olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR