QDİƏT üzv dövlətlərin gömrükçülərinin iclası keçirilib
Bizi izləyin

Qırmızı.az

QDİƏT üzv dövlətlərin gömrükçülərinin iclası keçirilib

Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasda Azərbaycanla birgə Bolqarıstan, Rumıniya, Ukrayna, Yunanıstan, Belçika, Rusiya və digər ölkələrin nümayəndələri iştirak edib.

İclası giriş sözü ilə açan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Rza Həsənəliyev bildirib ki, bu iclasın geçirilməsi gömrük xidmətlərinin təcrübəsi arasında mübadilə edilməsinə böyük kömək edəcək. Onun sözlərinə görə, QDİƏT-in yaradılması iqtisadi əməkdaşlığa böyük təkan verib: “Bu, gömrük xidmətləri arasında da öz nümunəsini göstərib. Hər bir ölkənin qarşısında duran ilk məqsədlərdən biri ölkənin iqtisadi təhlükəsizliyi təmin etməkdir. Bu sahədə gömrük xidmətləri arasında əməkdaşlıq çox vacibdir. Çünki bu gömrük xidmətləri qarşısında qoyulmuş və nəzərdə tutulan məqsədlərə çatmaq üçün əsas vasitədir”.

QDİƏT Daimi Beynəlxalq Katibliyinin baş takitibi Trayan Çebeleu QDİƏT-in bundan öncəsi keçirilmiş iclaslarını xatırladaraq bildirib ki, son iclasdan bəri bir sıra nailiyyətlər əldə olunub. O qeyd edib ki, bu ilin sentyabrın 24-də İstanbulda keçirilən iclasda QDİƏT üzv ölkələr arasında gömrük xidməti sahəsində və ölkələr arasında ticarətin sadələşdirilməsində “bir pəncərə”nin yaradılması ilə bağlı birgə işçi qrupu yaradılıb.

O vurğulayıb ki, bu iclas da QDİƏT ölkələri üçün bir sıra yeni əməkdaşlıq sahələri ilə bağlı müzakirələrin aparılması və yeni təcrübələrin qazanılması üçün çox əhəmiyyətli olacaq.

Yunanıstanın Maliyyə Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsinin direktoru Odissefs Pilalis bildirib ki, gömrük xidməti orqanları kontrafakt məhsulların ölkəyə daxil edilməsində böyük rol oynayır. Onun sözlərinə görə, artıq gömrük sistemləri gələcəkdə özünü bir sıra dəyişiklərə hazırlamalıdırlar: “Biz öz işçilərimizi, personalımızı daha təcrübəli etməliyik. Bu baxımdan da QDİƏT ölkələri beynəlxalq mütəşəkkil cinayətkarlıqla da, maliyyə cinayətlərinə qarşı mübarizə aparmaqda da daha böyük uğurlara nail ola bilər. Bu baxımdan bizim Qara dəniz ölkələri üçün əməkdaşlığımız və birgə fəaliyyətimiz çox vacidbir.

Sonda QDİƏT üzv dövlətlərinin Gömrük İdarələri rəhbərlərinin çıxşları olub.

Tədbirin sonunda QDİƏT üzv ölkələrin Gömrük İdarələri Rəhbərlərinin “Ticarətin asanlaşdırılmasında gömrük xidmətlərinin təşəbbüsləri” mövzusunda iclasın Bakı Bəyannaməsi qəbul edilib.

Naibə QURBANOVA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm