• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tbilisi prospektində tıxac var

Tbilisi prospektində tıxac var

Bakının Tbilisi prospektində tıxac var.

Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Məlumata görə, Tbilisi prospektində - Nəqliyyat Nazirliyinin qarşısı və prospektdən Heydər Əliyev adına İdman-Konsert Kompleksinin qarşısında tıxac var.

Bundan əlavə, Həsən Əliyev küçəsindən “ASAN xidmət” istiqamətində, C. Cabbarlı küçəsindən Kaspian Plazanın qarşısında, Ş.İ.Xətai prospektində və Təhsil Nazirliyinin qarşısında avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Cavad xan küçəsindən üzü Memar Əcəmi metrostansiyası istiqamətində və Heydər Əliyev prospektindən kənar yolda üzü şəhər istiqamətində tıxac var.

NİİM sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR