Bakıda məsciddəki yanğınla bağlı rəsmi məlumat
Bizi izləyin

Qırmızı.az

Bakıda məsciddəki yanğınla bağlı rəsmi məlumat

Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın baş verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər.

Məsciddə yanğının baş verməsi barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat bu gün saat 02:38-də daxil olub.

İlkin məlumata görə, ümumi ərazisi 300 kv. olan məsciddə 5 kv.m-lik xalça və palaz yanıb.


Hadisə yerinə 3 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın qısa vaxt ərzində söndürülüb.


Hazırda faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm