Bakıdan Sumqayıta elektrik qatarı işə salınacaq
Bizi izləyin

Qırmızı.az

Bakıdan Sumqayıta elektrik qatarı işə salınacaq

Nəqliyyat Nazirliyi Bakıdan Sumqayıta elektrik qatarının işə salınması layihəsinin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) aparır.

Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Onun sözlərinə görə, bu, olduqca böyük maliyyətutumlu layihədir, buna görə TİƏ-nin hazırlanması ilə yanaşı, layihənin qiymətləndirilməsi aparılır və müxtəlif maliyyə variantları nəzərdən keçirilir: "Əminəm ki, layihə müvafiq qurumlar tərəfindən razılaşdırıldıqdan sonra bu məsələ öz həllini tapacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm