Qırmızı.az
Nazirlik saxta əlillik dərəcələri verənləri cəzalandırdı
Noyabrın 26-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, nazirliyin fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması yönündə konkret işlərin görüldüyünü, bu sahəyə nəzarətin xeyli gücləndirildiyini bildirib: “Aparılan işlərin nəticəsi kimi bu ilin ötən dövründə əlilliyi olan şəxslər arasında tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,6 faizə yüksəlib. Təkrar olaraq əlillik müəyyən edilənlərin sayı 6338 nəfər azalıb”.
Qeyd olunan dövrdə tibbi göstərişi olan əlillərə 569 ədəd əlil arabası, 369 ədəd eşitmə aparatı verildiyini qeyd edən S.Müslümov bildirib ki, bu müddətdə nazirliyin bərpa mərkəzlərində 6618 nəfərə bərpa-müalicə xidməti, 4042 nəfərə protez-ortopedik xidmət, o cümlədən 15 rayonda səyyar formada protez-ortopedik xidmət göstərilib. İxtisaslaşmış müalicəyə ehtiyacı olan 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdəki reabilitasiya mərkəzlərində bərpa-müalicəsi təşkil olunub”.
Əlillik təyinatı və reabilitasiya məsələləri ilə əlaqədar şikayət
xarakterli müraciətlərin sayının kəskin şəkildə azalaraq minimuma
endiyini qeyd edən S.Müslümov səylərin əlillik təyinatı prosesinin
tam avtomatlaşdırılmasına yönəldiyini, artıq Tibbi-Sosial
Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sisteminin
yaradılaraq, funksional tələblərə uyğunluğunun yoxlanıldığını
vurğulayıb: “Bu yeni sistem əlillik müayinələrinin aparılması üçün
müvafiq qurumlar arasında elektron məlumat mübadiləsini təmin
edəcək. Yəni Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən
vətəndaşların əlillik vəziyyətlərinin müəyyən olunması üçün
göndəriş formalarının (88 nömrəli forma) səhiyyə müəssisələrindən
qəbulu bu sistem üzrə elektron qaydada yerinə yetiriləcək. Digər
tərəfdən həmin sistem vasitəsilə əlillik müayinələrinin nəticələri
ilə bağlı elektron məlumat bazası yaradılıb ki, TSEK-lər əlillik
qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik
vəziyyətləri, müayinələrinin nəticələri, hər bir ilkin və təkrar
əlillik təyinatı barədə məlumatları bu bazaya yerləşdirirlər.
Bununla da əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim
olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsinə ehtiyac
qalmır. Çünki bu sistem aidiyyəti təşkilatların informasiya
ehtiyatlarına inteqrasiya olunduğundan onlar vətəndaşlara əlilliyə
görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq
informasiyaları həmin bazadan elektron qaydada əldə edəcəklər.
Bərpa mərkəzlərinin fəaliyyəti də əsasən elektron məlumat
bazasındakı məlumatlar əsasında təşkil olunacaq. Eyni zamanda,
vətəndaşlar da öz əlillik müayinələrinin nəticələri ilə elektron
qaydada tanış ola və lazım gəldikdə əlillik müayinələri barədə
elektron arayışlar əldə edə biləcəklər”.
Nazir tibbi-sosial ekspertiza və reabilitasiya xidməti
əməkdaşlarının sistemdə işləmək imkanına malik olmaları üçün
elektron imzalarla təmin olunduqlarını və müvafiq bacarıqlara
yiyələnmələri üçün treninqlərə cəlb edildiklərini bildirib. “Bütün
bu işlər əlillik təyinatları zamanı şəffaflığın təmin olunmasına,
neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin
minimuma endirilməsinə, tibbi-sosial ekspertiza və reabilitasiya
xidmətinin iş üsullarının müasir texnologiyalar əsasında
təkmilləşdirilməsinə xidmət edir”-,deyə vurğulayan S.Müslümov
nazirliyin bərpa-müalicə infrastrukturunun müasir tələblərə uyğun
qurulması istiqamətində görülən məqsədyönlü işlərə də toxunub:
“Hazırda Bakı Protez-Ortopedik Bərpa Mərkəzində, Respublika
Əlillərin Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında əsaslı
təmir işləri aparılır. Yaxın vaxtlarda nazirliyin Sumqayıt, Yevlax,
Naftalan şəhərlərindəki Əlillərin Regional Bərpa Mərkəzlərində,
habelə Bakı şəhər Uşaq Bərpa Mərkəzində də əsaslı təmir işlərinə
başlanılacaq. Təmir işləri başa çatdırıldıqdan bu müəssisələr
müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz
olunacaqlar”.
Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Natiq Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Nazir müavini
vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamları əsasında bu
ilin ötən dövründə əlilliyi olan şəxslərin sosial müdafiəsi daha da
gücləndirilib. Eyni zamanda, 2014-cü ilədək xüsusi nəqliyyat almaq
üçün tibbi göstəriş əsasında növbəyə dayanmış əlilliyi olan
şəxslərin minik avtomobilləri ilə təminatınının həyata keçirilməsi,
nəqliyyat vasitəsinə tibbi göstərişin təyin olunması üçün
müraciətlərin sayının da artmasına səbəb olub. Bununla belə, bu
sahədə qanunvericiliyin tələblərinə ciddi riayət olunub və müraciət
edənlərin yalnız 21 faizinə minik avtomobilinə tibbi göstərişin
olması barədə qərar qəbul edilib. N.Məmmədov əhaliyə göstərilən
tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının müasir
tələblərə uyğun qurulması sahəsində görülən işləri diqqətə
çatdırıb. Bildirilib ki, son aylarda Bakının Binəqədi rayonu üzrə 6
saylı, Sabunçu rayonu üzrə 4 saylı, Xəzər və Pirallahı rayonları
üzrə 9 saylı, Gəncə şəhəri üzrə 25 saylı, Cəlilabad və Biləsuvar
rayonları üzrə 30 saylı, Masallı və Yardımlı rayonları üzrə 31
saylı, Lənkəran, Astara, Lerik rayonları üzrə 32 saylı TSEK-ləri
üçün müasir tələblərə uyğun iş şəraiti yaradılıb. Həmin TSEK-lər
həmçinin əlillik müayinələrinin aparılması üçün müasir tibbi
cihazlarla və məişət avadanlıqları ilə təmin ediliblər. Nazirliyin
bütün regionlar üzrə TSEK-lərində belə şəraitin yaradılması üçün
müvafiq işlər davam etdirilir.
ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri
Saday Abdullayev tibbi-sosial ekspertiza və əlillərin
reabilitasiyası sisteminin, eləcə də bu sahədə qanunvericiliyin
təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı
məlumat verib. S.Abdullayev ölkəmizdə BMT-nin “Əlilliyi olan
şəxslərin hüquqlarına dair Konvensiya”sına uyğun olaraq aparılan
işlərdən biri kimi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”
yeni Qanun layihəsinin hazırlandığını və BMT-nin Əlillərin
hüquqları üzrə Komitəsi tərəfindən bu layihəyə müsbət rəy
verildiyini qeyd edib. O bildirib ki, layihə, eləcə də yeni
hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair
2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi
ƏƏSMN-nin rəsmi saytında (www.mlspp.gov.az) ictimai müzakirəyə
təqdim olunub.
İclasda ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri
Elnur Məcidov TSEK-lər tərəfindən keçirilmiş müayinələrin
məlumatlarının Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası
informasiya sisteminə işlənməsi barədə ətraflı məlumat verib. Şöbə
müdiri bildirib ki, məlumatların işlənməsi ilə bağlı TSEK-lərin
işçilərinə mütəxəssislər tərəfindən İnformasiya texnologiyaları və
Əlillərin sosial müdafiəsi siyasəti şöbələrinin əməkdaşlarının
iştirakı ilə müvafiq treninqlər keçirilib, onlara bu sistemdən
istifadə bacarığı aşılanıb. Eyni zamanda İKT üzrə biliklərinin
artırılması ilə bağlı tövsiyələr verilib. TSEK-lər tərəfindən
bildirilən irad və təkliflər araşdırılıb və sistemin daha da
təkmilləşdirilərək funksional imkanları genişləndirilib. Şöbə
müdiri informasiya ehtiyatına toplanmış məlumatlar üzrə mövcud
statistik göstəriciləri də diqqətə çatdırıb.
Tədbirdə görülən işlərin yekunları, tibbi-sosial ekspertiza və
əlillərin reabilitasiyası ilə bağlı informasiya sisteminin tətbiqi
məsələləri və əlillik müayinələrinin nəticələrinə dair
informasiyaların elektron məlumat bazasına daxil edilməsi sahəsində
mövcud vəziyyət və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.
Görülən işlərin müsbət nəticələri ilə yanaşı, yol verilən
nöqsanlardan da söz açılıb, fəaliyyətlərində nöqsanlara yol verən
vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi
üçün qərarlar qəbul edilib. İclasda nazirliyin struktur
bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb