• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qənirə Paşayeva Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri ilə görüşüb

Qənirə Paşayeva Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri ilə görüşüb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdıqmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov ilə görüşüb.

TÜRKVİZİON musabiqəsinə gələn il ev sahibliyinin Qırğızıstana keçməsi, gələn il yarışmaya ev sahibliyi edəcəyi və nazir təyin edilməsi münasibəti ilə Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirini təbrik edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın hər zaman dost, qardaş Qırğızıstanın inkişafında maraqlı olduğunu, ölkəmizin bütün istiqamətlərdə Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini söyləyib. Azərbaycan Prezidenti, Parlamentinin qardaş Qırğızıstanla əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili bütün istiqamətlərdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib və bu əlaqələrin və əməkdaşlığın daha da genişlənməsini vacib sayıb. Təbrikə görə təşəkkürünü bildirən Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov millət vəkili Qənirə Paşayevanı gələn il Türkvision mahnı yarışmasına ev sahibliyi edəcək Qırğızıstana və tədbirə dəvət edib. Qırğızıstanın Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov iki qardaş ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf etməsindən məmnunluğunu bildirib.

Eyni zamanda görüşdə millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi,özəlliklə də Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məhv etdiyi tarixi, mədəni, dini abidələrlə bağlı da nazirə məlumatar verib və bu istiqamətdə mədəniyyət nazirinə Azərbaycan həqiqətləri, Qarabağ problemi, Xocalı Soyqırımını özündəəks etdirən kitabları,materialları hədiyyə edib. O, müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “ Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə ediərək bu istiqamətdə geniş məlumatlar verib.

Bundan başqa Azərbaycan tarixi,ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da mədəniyyət nazirinə hədiyyə olunub. Azərbaycan xalqının qədim və böyük musiqisi muğam haqqında, Qarabağın Azərbaycan musiqisindəki yeri və rolu barədə da danışan millət vəkili Qənirə Paşayeva Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutova Heydər Əliyev Fondunun hazırladığı musiqi albomlarını, “Qarabağ xanəndələri” albomunu da hədiyyə edib. Millət vəkili Qırğızıstan mədəniyyət nazirini Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onu dəvət edib. Mədəniyyət naziri isə Azərbaycanı məmnuniyyətlə görmək istədiyini deyib və iki qardaş dövlət və xalq arasında mədəniyyət, turizm və informasiya sahəsində əməkdaşlığın daha da genişlənməsi istiqamətində işlərin və layihələrin daha da artacağını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR