532 nəfər direktor müavini olmaq istəyir
Bizi izləyin

Qırmızı.az

532 nəfər direktor müavini olmaq istəyir

Ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqənin I mərhələsi başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, noyabrın 17-dən 24-dək 532 nəfər bakuedu.az saytında elektron ərizə ilə qeydiyyatda keçib.

II mərhələdə qeydiyyatdan keçən namizədlər üçün imtahan təşkil olunacaq. İmtahandan uğurla keçən namizədlər isə III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək.


Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ – nin kadrlar bazasında toplanılacaqdır. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunacaqları nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm