• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

YUNESKO-da ermənilərin lavaşı özününküləşdirməsinin qarşısı alınıb

YUNESKO-da ermənilərin lavaşı özününküləşdirməsinin qarşısı alınıb

Azərbaycana məxsus mahnıları, sənət nümunələrini, bəzi musiqi alətlərini öz adlarına çıxmağa cəhd edən ermənilərin növbəti fitnəkarlığının qarşısı alınıb.

Publika.az AzərTAc-a istinadən xəbər verir ki, xalqımıza məxsus lavaş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Ermənistan tərəfindən “Erməni çörəyi lavaşın hazırlanması ənənələri” kimi təqdim edilmişdi.

Azərbaycan tərəfinin etirazı, bununla bağlı həyata keçirilən fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb. Belə ki, UNESCO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da, lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə onun Ermənistan ərazisində mövcud olması barədə qərar qəbul edilib. Komitədə aparılan müzakirələrdə qeyd edilib ki, Ermənistanın bu cəhdi qəbuledilməzdir. Bu ölkənin ərazisində hər hansı bir mətbəx nümunəsinin hazırlanmasının onun erməni millətinə məxsus olması anlamına gəlmir. Komitə üzvləri Konvensiyanın ruhunu önə çəkərək, ermənilərin lavaşın məxsusi erməni çörəyi olması iddiasını qətiyyətlə pisləyib və belə halların baş verməməsi üçün hüquqi prosedurların işlənməsinin vacibliyini qeyd ediblər.

Azərbaycan nümayəndə heyəti komitə üzvləri və digərləri ilə keçirilən bütün görüşlərdə Ermənistanın UNESCO-nun məqsəd və prinsiplərini öz işğalçı siyasəti üçün alət etməsini tənqid edib və bu cür yanaşmanın təşkilatın nüfuzuna ciddi xələl gətirəcəyini vurğulayıb.

Komitədə lavaşın erməni millətinə mənsub olması deyil, Ermənistan ərazisində mövcud olması kimi qəbul edilməsi ermənilərin bu ənənələri vaxtilə Ermənistan ərazisindəki tarixi torpaqlarında yaşayan azərbaycanlılardan öyrəndiklərini bir daha təsdiq edir.

Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilib və növbəti il lavaşın region ölkələrinin birgə mətbəx irsi kimi UNESCO-ya təqdim olunması qərara alınıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR