Fransa səfiri tələbələrlə görüşdü
Bizi izləyin

Qırmızı.az

Fransa səfiri tələbələrlə görüşdü

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye Bakı Slavyan Universitetində olub.

Publika.az-ın məlumatına görə, Fransız dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşən cənab səfir, Fransa və Azərbaycanın mədəni, iqtisadi və elm sahəsində əlaqələrindən söhbət açıb.

Tədbir çərçivəsində ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

P. Mönye ali təhsil müəssisəsində fransız dilinin tətbiqi və inkişafına göstərilən diqqətə görə dərin məmnunluq hissi duyduğunu bildirib. O, azərbaycanlı tələbələrin Fransa universitetlərinə qəbuluna üstünlük veriləcəyi və ali təhsil sahəsində əlaqələrin səviyyəsinin daha da yüksələcəyinə əmin olduğunu qeyd edib.

Görüşdə Fransanın Reis-Ardenne Universitetinin professoru cənab Rule, CİEP-nin(Beynəlxalq Pedaqoji Təhsillər Mərkəzi) rəhbəri xanım Jöno iştirak ediblər. Onlara yaradılan şəraitə görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını qeyd ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm