• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Peterburqun «xaç atası» barəsində çıxarılmış bəraət hökmü ləğv edildi

Peterburqun «xaç atası» barəsində çıxarılmış bəraət hökmü ləğv edildi

Ali Məhkəmə «Kumarin» ləqəbilə tanınan avtoritetin işinə yenidən baxılması barədə qərar çıxardı.

Rusiyanın Ali Məhkəməsi avtoritet, kriminal aləmdə «Kumarin» ləqəbilə tanınan Vladimir Barsukov barəsində çıxarılmış bəraətedici qərarı ləğv edib. Publika.az-ın RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, məhkəmə Baş Prokurorluğun münsiflər heyətinin bəraət hökmü ilə bağlı çıxışına etdiyi etiraz müraciətini təmin edib. «Məhkəmə Vladimir Barsukov barəsində çıxarılmış bəraətedici qərarın ləğv olunması ilə bağlı qərar verib. Cinayət işinə baxışı isə yeni müddətə təyin edib» deyə Rusiyanın Ali Məhkəməsindən bildirilib.

Qeyd edək ki, istintaq komitəsi «Kumarin» ləqəbilə tanınan avtoritetin cinayət işi üzrə sübutların saxtalaşdırılması faktını araşdırır. İstintaqın versiyasına görə, 5 may 2006-cı il tarixdə Sank-Peterburq şəhərinin Levaşov prospektində Barsukovla əlbir olan şəxslər – Mixaylov qardaşları avtomatla sahibkarın və onun cangüdənlərinin olduğu iki avtomobili atəşə tutublar. Nəticədə Peterburqun tanınmış biznesmenlərindən birinin cangüdəni öldürülüb. Avtomobillərdə olan digər şəxslər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Məlumat üçün bildirək ki, Vladimir Barsukov 90-cı illərin sonlarında anasının qızlıq soyadını götürüb. Buna qədər isə onun soyadı Kumarin olub. O, kriminal aləmin tanınmış simalarından olmaqla yanaşı, biznes fəaliyyətilə də məşğul olur. Rusiya mətbuatı Barsukovu Sank-Peterburqun «gecə qubernatoru», «xaç atası», eləcə də Tambov qruplaşmasının yaradıcısı adlandırırlar.

Valeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR