Azərbaycandakı Moldova Diasporu İctimai Birliyi seçkilərə dəvət edir
Bizi izləyin

Qırmızı.az

Azərbaycandakı Moldova Diasporu İctimai Birliyi seçkilərə dəvət edir

Azərbaycandakı Moldova Diasporu İctimai Birliyi sizi 30 noyabr 2014-cü il tarixində seçkilərə dəvət edir.

30 noyabr 2014-cü il tarixində Moldova Respublikasının Parlament seçkilərinin keçirilməsi ilə əlaqədar Azərbaycandakı “Moldova Diasporu” Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Moldova Respublikasının vətəndaşlarını öz seçici hüquqlarından istifadə etmələrinə dəvət edir.

Sizi Bakı şəhəri, Hüseyin Cavid prospekti 520, ev 12 ünvanında yerləşən Moldova Respublikasının Azərbaycandakı səfirliyində 30 noyabr 2014-cü il tarixində yerli vaxtla saat 07:00 – 21:00 arası açıq olacaq 391 saylı seçki məntəqəsinə dəvət edirik.

18 yaşına çatmış hər bir Moldova Respubliaksının vətəndaşı öz seçici hüququndan istifadə edə bilər.

Moldova Respublikasından kənarda seçkilərdə iştirak etmək üçün aşağıda sadalanan sənədlərin təqdim olunması gərəkir:

  1. Moldova Respublikasının vətəndaşının müddəti etibarlı pasportu və ya müddəti etibarsız pasportu;
  2. Dənizçi pasportu.

Hörmətlə, Kiril Qaburiç

Azərbaycandakı Moldova Diasporu İctimai Birliyinin sədri

Oxumağa davam et
Reklam
Reklam

Gündəm