Qırmızı.az
BMW-X5-in sürücüsü DİN-in qarşısında polisi döyüb
Bakıda sürücü yol polisi əməkdaşına qarşı kobudluq edib.
lent.az-ın məlumatına görə, bu barədə kobudluqla üzləşən yol polisi inspektoru, polis serjantı Mahmudov Elnur Emin oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə yazdığı raportda bildirib.
E.Mahmudov qeyd edib ki, Azərbaycan prospekti 7 ünvanında (Daxili İşlər Nazirliyinin əsas binasının qarşısında) xidməti vəzifəsini yerinə yetirərkən “BMW X5” markalı, 10 FK 347 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini qadağan olunmuş yerdə saxladığı üçün xəbərdarlıq edib. Lakin avtomobilin sürücüsü yol polisi əməkdaşının iradına məhəl qoymayıb. Bundan sonra E.Mahmudov həmin vətəndaşa yenidən xəbərdarlıq edib və protokol yazıb. Sürücü isə buna etiraz edib və yol polisinə qarşı kobudluq edib. Şikayətçi polis əməkdaşı bildirib ki, həmin sürücü onu kəmərindən tutaraq itələyib və yerə yıxıb.
Araşdırmalardan sonra məlum olub ki, yol polisinə qarşı kobudluq edən şəxs Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Kərimov Kərimağa Tacəddin oğludur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO