BMT missiyası Bakıya qayıdacaq
Bizi izləyin

Qırmızı.az

BMT missiyası Bakıya qayıdacaq

Birləşmiş Millətlər Təşkilatının İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin missiyası Azərbaycan hökumətindən zəmanət aldıqdan sonra yenidən Bakıya gələcək.

Trend-in məlumatına görə, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin rəsmi saytı xəbər verib.

Məlumatda deyilir ki, BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin missiyası 2014-cü ilin sentyabrında öz mandatının həyata keçirilməsində qarşılaşdığı maneələr səbəbindən Azərbaycanda işini dayandırmaq qərarı vermişdi.

İndi isə Alt Komitədən bildirilib ki, Azərbaycan hökümətindən zəmanət alındığı təqdirdə missiya gələn il Bakıya qayıda bilər.

Hələlik səfərin nə zaman baş tutacağı barədə heç bir məlumat verilmir.

Birləşmiş Millətlər Təşkilatının İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin rolu işgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinin qarşısının alınması və aradan qaldırılmasından ibarətdir. Sözügedən komitə İşgəncələrə qarşı BMT Konvensiyasının Fakultativ Protokolunu ratifikasiya edən hökumətlər ilə birgə işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm