İlham Mirzəyevin arvadı məhkəməyə çağırıldı
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyevin arvadı məhkəməyə çağırıldı

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Publika.Az xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Asif Əliyevin avtomobilin üzərinə həbs qoyulması barədə qərar açıqlanıb. Daha sonra “Artromed” klinikasının baş həkimi Müzəffər Xətai ifadə verib. O, deyib ki, rəhbərlik etdiyi klinikada İlham Mirzəyev 2012-ci il mayın 3-də müalicə alıb. Onun sözlərinə görə, İlham Mirzəyevin müalicə alması ilə bağlı istintaqa arayış verib. “Əhmədli” klinikasının həkimi Tofiqə Şıxəliyevanın sözlərinə görə, İlham Mirzəyev xəstəsi olub. O, deyib ki, İlham Mirzəyevlə bağlı qalmaqaldan xəbəri olmayıb: “Mən məhkəmədə nəyə şahidlik etdiyimi bilmirəm. Məhkəməyə çağırılmağımı özümə təhqir hesab edirəm. Özümü çox pis hiss edirəm”.

Hakim deyib ki, vətəndaşın məhkəməyə çağırılmasında təhqir yoxdur. Sonra Asif Əliyevin vəkillərinin vəsatəti müzakirə edilib. Vəkillər İlham Mirzəyevin həyat yoldaşı Ruhəngiz Mirzəyeva, Asif Əliyevin bacısı Sabina Mirzəyeva, onun həyat yoldaşı Rauf Namazov, jurnalist Vəfa Əliyeva, cinayət işinin ibtidai istintaqını aparan müstəntiq Ceyhun Mahmudovun və rusiyalı ekspertlərin məhkəməyə çağırılmasını istəyiblər. Vəkillər həmçinin hadisədən əvvəlki günlər və hadisə baş verən günü Asif Əliyev avtomobilini saxladığı dayancağın sahibi Muxtar Məmmədovun məhkəməyə çağırılmasını da xahiş ediblər.

Cavanşir Süleymanov deyib ki, Asif Əliyevin avtomobili dayanacaqda olması ilə bağlı Muxtar Məmmədovun izahatı var. Vəkilin sözlərinə görə, müstəntiq izahatı alsa da, işə əlavə etməyib. Cavanşir Əliyev həmçinin qeyd edib ki, hadisə baş verən vaxtı İlham Mirzəyevin Vəfa Əliyeva ilə SMS danışıqları olub. Cavanşir Əliyev həmçinin məhkəmə respublika Baş Dövlət Yol Polisi İdarəsinin arayışını təqdim edib. Vəkilin sözlərinə görə, hadisənin baş verdiyi vaxt İlham Mirzəyevin avtomobili Bülbül prospektində radara düşüb.

Prokuror Rizvan Soltanov vəsatətin qismən təmin edilməsini istəyib. O, deyib ki, müstəntiq ifadə verməsi üçün məhkəməyə dəvət olunması vacibdir. Prokuror rusiyalı tibbi ekspertlərin məhkəməyə çağırılması ilə bağlı vəsatətə münasibət bildirmək üçün vaxt istəyib. Hakim Muxtar Məmmədov və Ceyhun Mahmudovun məhkəməyə çağırılması ilə bağlı vəsatəti təmin edib. Sabina Namazova, Ruhəngiz Mirzəyeva, Rauf Mirzəyev və Vəfa Əliyevanın məhkəməyə şahid qismində çağırılması ilə bağlı vəsatətlər təmin edilməyib. Məhkəmə iclası fevralın 13-də davam edəcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm