Bakı zəlzələyə necə hazırdır?
Bizi izləyin

Qırmızı.az

Bakı zəlzələyə necə hazırdır?

Bakı zəlzələyə necə hazırdır?

Bu gün günorta saatlarında baş verən zəlzələ bütün ölkə ərazisində hiss edilib. Maraqlıdır ki, güclü zəlzələ baş verərsə Bakı nə ilə üz – üzə qalar?

Bununla bağlı Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin Sədri Ramil Osmanlı Publika.Az –a müsahibə verib. Bakının coğrafi bioloji quruluşu elədir ki, ərazi üçün zəlzələlər kifayət qədər təhlükəlidir. Bakı şəhəri həm də dənizə yaxın bir ərazidə yerləşir. Yəni, torpaq səthinin çox tez – tez yer dəyişməsinə məruz qalan ərazidə yerləşir.

Bakı şəhərində daşınmaz əmlakın daha dəqiq olaraq mənzillərin hündürlük göstəricilərini nəzərə alsaq (xüsusən yeni tikililərin) deyə bilərik ki, Bakı şəhərini üçün zəlzələlərin təhlükəlilik dərəcəsi həddən artıq yüksəkdir. Baş verə biləcək zəlzələ nəticəsində, seysmik göstəricilərin dayanıqlılığı yüksək olsa belə, bu binaların əksəriyyəti qəzalı vəziyyətə düşə bilər. Azərbaycanda xüsusən də Bakıda 6 ballıq zəlzələ nəticəsində çox ciddi fəsadlar baş verər. Deyə bilərik ki, Bakıda bəzi binalar 6 – 9 bal gücündə zəlzələyə dayanıqlı ola bilər.

Digər binalar isə 5 ballıq zəlzələyə çox ciddi zərər çəkər. Bakı şəhərinin altı qayalıq və daşlıqlardan ibarətdir. Yəni, Bakı bərk süxurların üzərində yerləşir. Yəni çökmə süxurlar üzərində yerləşmir. Zəlzələ zamanı bərk süxurların yer dəyişməsi çox ciddi fəsadlara gətirib çıxara bilər.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm