Qənirə Paşayeva Macar Turan Vəqfini Macarıstanda səyləri artırmağa çağırıb.
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Macar Turan Vəqfini Macarıstanda səyləri artırmağa çağırıb.

Macar Turan Vəqfinin sədri Andras Biro millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ilə görüşüb. Azərbaycan ilə Macarıstan arasında bütün istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva iki ölkənin vətəndaş cəmiyyəti, qeyri-hökumət qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib və ortaq layihələrin artmasının vacibliyini söyləyib.

Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə, girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə Macar Turan vəqfinin sədri Andras Biroya geniş məlumat verib. Hər zaman Qarabağ məsələsində, Xocalı Soyqırımının yayılmasında göstərdiriyi dəstəyə görə Andras Biroya və inun rəhbərlik etdiyi Macar Turan Vəqfinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin, özəlliklə Xocalı Soyqırımı barədə həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində Macar Turan Vəqfinin dəstəyini və səylərini daha da artıracağını gözlədiklərini deyib. Bu ilin avqust ayında Macarıstanda təşkil edilən V Turan Qurultayında iştirakını məmnuniyyətlə xatırlayan millət vəkili Qənirə Paşayeva Macar Turan Vəqfi tərəfindən hər 2 ildən bir bütün Türk dövlət və xalqlarının iştirakı ilə təşkil etdiyi Turan qurultayının keçirilməsini böyük əhəmiyyətli bir hadisə olduğunu qeyd edib və bu kimi tədbirlərin ortaq mədəniyyət, ortaq tarixin öyrənilməsi istiqamətində vacib olduğunu və Türk dövlət və xalqları arasında, Macarıstanla Türk dövlət və toplumlarının birliyinin daha da gücləndirilməsinə böyük töhfələr veridyini deyib. Rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ilə Macar Turan Vəqfi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan ortaq layihələrə toxunan millət vəkili Qənirə Paşayeva bu layihələrin münasibətləriminin inkişafına öz müsbət töhfəsini verəcəyinə inandığını deyib və Macar Turan Vəqfi ilə əməkdaşlıqdan böyük məmuniyyət duyduğunu bildirib.

Azərbaycanı çox sevdiyini və Azərbaycana hər səfərindən məmnuniyyət duyduğunu deyən Macar Turan Vəqfinin sədri Andras Biro hər iki ölkə arasında, ö cümlədən rəhbərlik etdiyi qurum ilə Avrasiya Beynəlxalq Araşdırmalar İnsttutu İB və digər vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını deyib. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Macar Turan Vəqfinin sədri Andras Biroya Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar hədiyyə edib. Macar Turan Vəqfinin rəhbəri Andoş Biroya və təşkilatın üzvləri millət vəkili Qənirə Paşayeva macarların əcdadları olan Hunların xanımlarına aid milli əlbisə hədiyyə edərək ona hər zaman Türk Dünyası ilə bağlı fəaliyyətinə, Macar Turan Vəqfi ilə əməkdaşlıq çərçivəsində görülən işlərə dəstəyinə görə təşəkkür ediblər və onu Vəqfin ən yaxın dostlarından biri olduğunu vurğulayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm