• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xarici dilin tədris olunmadığı məktəblərin məzunları kimyadan imtahan verəcəklər

Xarici dilin tədris olunmadığı məktəblərin məzunları kimyadan imtahan verəcəklər

Bu ildən başlayaraq, xarici dil fənninin tədris olunmadığı məktəblərin XI sinif məzunları buraxılış imtahanı zamanı kimya fənnindən də imtahan verəcəklər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilib. Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil, 3 fəndən yoxlanılacaq. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər.

Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR