Qırmızı.az
Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir
Bakıda “Aysberq” hotelində “İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir. Beynəlxalq konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı və qrant layihəsi əsasında gerçəkləşib.
Publika.az -ın məlumatına görə, tədbiri giriş sözü ilə Elmin
İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açaraq son illər
ölkədə dövlətin əsas prioritetləri sırasında gənclər siyasətinin
xüsusi önəm daşıdığını vurğulayıb. Onun sözlərinə görə, informasiya
müharibəsi Dağlıq Qarabağ münaqişəsinin həllində ən vacib
detallardan biridir və son illər Azərbaycan bu istiqamətdə
müdafiədən hücum siyasətinə keçib. E. Babayev qeyd edib ki, Fondun
növbəti “Mobillik qrantı” müsabiqələrindən biri məhz xarici
ölkələrin arxivlərində Qarabağın tarixi və Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi mövzusunda Azərbaycandan olan alimlərin
işləməsi üçün qrantların ayrılmasına həsr olunacaq. O, gənc
alimləri bu məsələdə də fəal olmağa çağırıb.
Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanla yanaşı, İtaliya,
Türkiyə və Qırğızıstandan gənc alimlər iştirak edirlər.
Beynəlxalq konfransın açılışında “İnformasiya cəmiyyətinin dərk
olunmasının yeni riyazi perspektivləri: modelə statistik mexaniki
yanaşmalar və böyük məlumatların təhlil olunması”, “İnformasiya
əsrində geosiyasət: geosiyasətdə dövlət gücünə yenidən baxılması”,
“İnformasiya cəmiyyətinin mürəkkəbliyi” , “İnformasiya müdafiə və
hücum vasitəsi kimi” mövzularında plenar məruzələr
dinlənilib.
Konfrans seksiyalarla iki gün davam edəcək. Tədbirə elmi-təşkilati
dəstəyi Bakı Avrasiya Universiteti göstərir.
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR