• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Noyabrın 27-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin qarşılıqlı rəsmi səfərləri çərçivəsində aparılmış danışıqlar və müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Nazir qeyd etmişdir ki, Fövqəladə Hallar Nazirliyi nümayəndə heyətinin cari ilin mart ayında İrana səfəri zamanı sənaye və mədən işlərində təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə dair aparılmış müzakirələr də olduqca faydalı olmuşdur.

İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə səmimi qəbula görə təşəkkürünü bildirmiş, iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu söyləmişdir.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparmışlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR