Binəqədi rayonunda istilik borusunda qəza olub
Bizi izləyin

Qırmızı.az

Binəqədi rayonunda istilik borusunda qəza olub

Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsi bina 11a-da istilik xəttində qəza olub. Sakinlərin Publika.az-a bildirdiklərinə görə, hadisə dünən axşam saatlarında baş verib. Binanı istiliklə təmin edən qazanxananın borusu deşilib və su təzyiqlə çölə axmağa bağlayıb.

Qazanxanada yaranan qəza ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyevlə əlaqə saxladıq. Qurum rəsmisinin Publika az-a bildirdiyinə görə, qəzaya səbəb boruda axıntının yaranmasıdır: “Əraziyə baxış keçirilib və hazırda boru doldurularaq qəza aradan qaldırılıb”.

Qeyd edək ki, həmin binada vahid istilik sistemi olsa da, qış mövsümü başlayandan bina istiliklə təmin olunmayıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm