Mikayıl Cabbarov Cəlilabadda vətəndaşları dinləyib
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarov Cəlilabadda vətəndaşları dinləyib

Bu gün təhsil naziri Mikayıl Cabbarov Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Cəlilabad, Lənkəran, Astar

Bu gün təhsil naziri Mikayıl Cabbarov Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Publika.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, məktəb binalarının inşası, ümumi təhsil müəssisələrinin internetlə təminatı, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, xaricdə təhsil, xüsusi təyinatlı ali məktəblərdən səhhətinə görə xaric olunmuş şəxslərin təhsilini davam etdirməsi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, ümumi təhsil məktəblərinin və ali təhsil müəssisələrinin rəhbərlərindən şikayət, dövlət təltifləri, dərslik və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda 80 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 fevral 2014-cü il tarixində saat 16: 06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal) gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal, Bakı şəhərində isə 3 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm