Nazirliyin vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Nazirliyin vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin vəzifəli şəxslərinin qanunazidd hərəkətləri barədə həmin nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, araşdırmalar zamanı Xətai rayon Məşğulluq Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2012-2013-cü illərdə ayrı-ayrı şəxslərin adlarına saxta əmək kitabçalarının tərtib edilməsi, əmək haqqı barədə arayışların müxtəlif şəxslərin adlarına saxtalaşdırılması, işsizlik müavinətlərinin düzgün hesablanmaması və yol verilmiş digər qanunsuzluqlar nəticəsində ümumilikdə 137 min 853 manat məbləğində qanunsuz ödənişlər aparılmaqla mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 313-cü ( vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm