Qırmızı.az
Bakıda yandırılmış məscidlə bağlı cinayət işi açıldı
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində məsciddə törədilmiş yanğın faktına görə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi açılıb. Bu barədə Trend-ə Bakı şəhər prokurorluğundan məlumat verilib.
Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsində müvafiq
araşdırmalar aparılır.
Qeyd edək ki, noyabrın 26-da saat 02:38-də Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə Qaraçuxur
qəsəbəsindəki məsciddə yanğının baş verməsi barədə məlumat daxil
olub. Yanğın nəticəsində ümumi ərazisi 300 kv.m olan məsciddə 5
kv.m-lik xalça və palaz yanıb. Hadisə yerinə 3 yanğınsöndürən
briqada cəlb olunub və yanğın qısa vaxt ərzində söndürülüb.
Daxili İşlər Nazirliyindən isə öncə Trend-ə bildiriblər ki, məscidin gözətçisi ifadəsində iki naməlum şəxsin məscidə daxil olaraq yanğın törətməyə cəhd göstərdiyini deyib.
Məscidin axundu KİV-ə açıqlamasında deyib ki, iki naməlum şəxs
məscidin şüşələrini sındıraraq qəsdən yanğın törədib. Hətta məscidi
yandıranlar gözətçiyə güc də tətbiq ediblər. Onun sözlərinə görə,
bunu edənlər 2 nəfər olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş
Heydərov isə öncə Trend-ə açıqlamasında deyib ki, gecə saat
01:30-da 2 nəfər şəxs şüşə qaba yandırıcı maddə töküblər, sonra
məscidin qapısını sındıraraq həmin şüşə qabı içəri atıblar.
Hadisənin ölkədəki hansısa radikal qruplaşma tərəfindən
planlaşdırıldığını istisna etməyən Komitə sədrinin müavininin
sözlərinə görə, hazırda həmin şəxslər barəsində araşdırma aparılır:
"Onları məscidə gətirən taksi sürücüsü saxlanılıb. Hazırda
dindirilir. O, Gəncə şəhər sakinidir. Qaraçuxur qəsəbəsində
yaşayır”.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!