QHT sədri: "Əli Hüseynli haqlıdır: Beynəlxalq təşkilatların ayrdığı vəsaitin niyyəti bilinməlidir"
Bizi izləyin

Qırmızı.az

QHT sədri: "Əli Hüseynli haqlıdır: Beynəlxalq təşkilatların ayrdığı vəsaitin niyyəti bilinməlidir"

QHT-lər haqqında qanuna edilən dəyişikliyin müəllifi, YAP-çı depuatat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli Azadlıq Radiosuna verdiyi acıqlamasında «Maraqların toqquşması haqqında» qanun layihəsinin müzakirə olunduğunu bildirib. O, əgər bu məsələ onlar üçün maraqlıdırsa, beynəlxalq təşkilatlara layihəni maliyyələşdirməyi təklif edib. Komitə sədri maliyyə ayırılması üçün Avropa Şurasının müvafiq qurumlarına müraciət etdiyini də bildirib.

Əli Hüseynlinin qaldırıdığı məsələ ilə bağlı mövqeyini acıqlayan Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı Publika.az-a bidlirib ki, Milli Məclisin komitə sədri tam haqlıdır: "Bu faktın özü onu göstərir ki, Avropa Şurası və başqa beynəlxalq təşkilatlar ancaq o QHT-ləri və layihələri müaliyyələşdirir ki, həmin təşkilatlar birbaşa onların ruporu rolunu oynayır. Son 3-4 ildə beynəlxalq təşkilatların Azərbaycana ayırdığı 30 milyondan artıq vəsiti ancaq radikal müxalifətin təsirində olan 5-10 QHT arasında bölüşdürülüb. Niyə? Məqsəd nə idi? Azərabycanda rəsmi qeydiyyatdan keçmiş 3000 QHT var. Hansı kriteriyalara görə, ancaq 15 QHT-yə maliyyə vəsaiti ayırılır?"

Orduxanlının fikrincə, həmin QHT-lərin hamısı beynəlxalq təşkilatların əlində "çomaq" rolunu oynayır: "Bir mərkəzdən idarə olunurlar. Bəziləri də külli miqdarda vəsaitin vergidən yayınmasına görə bu gün istintaqa cəlb olunublar. Hansı Avropa ölkəsində bu qədər vəsaitin gizlədilməsinə göz yumular!?"

Niyaməddin Orduxanlı deyib ki, yeni qəbul edilmiş qanunda iki məqam var: "Birinci, donor təşkilatlarla qrant alan tərəf arasında mütləq müqavilə olmalıdır. İkinci, bu müqavilə qeydiyyatdan keçməlidir. Dövlət və donor təşkilatı, o cümlədən cəmiyyət bu prosesi şəffaf görməlidir. Hər kəs bilməlidir ki, vəsait nə məqsədlə ayrılır. İndi sual çıxır orataya: Siz niyə və nədən narahatsınız!? Pulun hansı məqsədlə verildiyini göstərin, bütün cəmiyyət görsün. Məqsədiniz sağalamdırsa, niyə narahat olursunuz!? Və yaxdud da niyə YAP təmsilçisi və ya bitərəf QHT-lərə vəsait ayırmırsınız?

Bütün bu sualların əslində bir cavabı var. Bu təşkilatların maraqları heç də vətəndaş cəmiyyətinin inkişafı deyil, öz siyasi məqsədlərini həyata keçirtməkdir".

Bu məntiqlə çıxış edən ekspert hesab edir ki, bəzi beynəlxalq təşkilatların Azərbaycana ayrıdığı vəsaitlər heç də xoş niyyətli deyil: "Hətta bəzi satqın QHT sədrləri var ki, Batumi forumundan sonra bütün cəmiyyətə göstərdi ki, erməniyə də dayı deyə bilir! Erməni sifətli insanlar Azərbaycanın milli maraqlarını öz qarınlarına və 5-10 manata da sata bilirlər. Hətta o qədər həyasızlaşıblar ki, beynəlxalq forumda Azərbaycanın milli maraqlarını qoruyan və ermənilərə yaxın olan təşkilatları ifşa edən adamları da təhqir edirlər. Bu artıq onların iyrənc və yaramaz məxluq olduqlarını göstərir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm