Qırmızı.az
“Facebook”dakı dəyişikliklər fərdi məlumatlarınızı digər tərəflərə ötürə bilər”- xəbərdarlıq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə sosial şəbəkələr və hər hansı veb-saytlarda qeydiyyatdan keçərkən diqqətli olmalarını tövsiyə edir.
Publika.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, ETM-i istifadəçilərə qeydiyyatdan keçdikləri saytların təhlükəsizlik siyasəti və fərdi məlumatlardan istifadə şərtləri ilə əvvəlcədən tanış olmağı tövsiyə edir.
Mərkəz istifadəçilərin fərdi məlumatlarının konfidensiallığının
təmin olunmaması və ya başqa tərəflərə ötürülməsi barədə şərt
mövcud olduğu halda həmin veb saytlarda qeydiyyatdan keçməyi
məsləhət görmür.
ETM-in bu tövsiyəsinə səbəb “Facebook” sosial şəbəkəsinin öz
istifadə
şərtləri, fərdi məlumatlardan istifadə siyasəti və “cookie” fayllarından istifadə siyasətini dəyişməsi
barədə xəbərdarlıq yayması olub. Belə ki, fərdi məlumatlardan
istifadə siyasətində istifadəçilərin təhlükəsizliyinin təmin
olunması ilə bağlı bir sıra maddələrlə yanaşı, onları narahat edə
biləcək dəyişiklik də mövcuddur: “Sosial şəbəkə 1 yanvar 2015-ci il
tarixindən etibarən öz istifadəçilərinə heç bir xəbərdarlıq etmədən
onlara məxsus məlumatların üçüncü tərəfə - reklam şirkətləri,
operatorlar və digər maraqlı tərəflərə ötürülməsi barədə qərar
qəbul edib”.
Qeyd edək ki, sosial şəbəkənin rəhbərliyi bütün istifadəçilərə
xəbərdarlıq göndərməklə hal-hazırda bu barədə onları
məlumatlandırır. Siyasətdəki bu önəmli dəyişikliklə razı olmayan
istifadəçilər bu sosial şəbəkədən istifadəni dayandıra
bilərlər.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?