Qırmızı.az
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hədəflərini açıqladı
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) qaşısında ciddi hədəflər dayanıb. Ən böyük hədəf Azərbaycanda İslami dəyərləri olduğu kimi qoruyub saxlamaq, onlardan hansısa siyasi məqsədlər üçün istifadə etməyə cəhd edənlərin qarşısını almaqdır".
Trend xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və DQİDK-nın birgə təşkil etdiyi "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin
qorunması, onlardan irəli gələn ənənələrin yaşadılması olduqca
vacibdir: "Bu gün Azərbaycan sosial-iqtisadi sahədə uğurlara imza
atır, onun beynəlxalq aləmdə nüfuzu möhkəmlənir. Digər sahələrin də
bu sürətə yaxınlaşması zəruridir. Bu gün sosial-iqtisadi həyatda
dəyişikliklər mənəvi-psixoloji həyatımıza da təsir göstərir. Biz
müxtəlif sahədə çatışmazlıqlara diqqət yetirməli, müzakirə etməli
və onların həlli yönündə addımlar atmalıyıq".
M.Qurbanlı deyib ki, cəmiyyətdə ailə və gender məsələləri mühüm yer
tutur. Azərbaycanda vətəndaşların 51 faizini təşkil edən qadınlar
cəmiyyətdə böyük təsir qüvvəsinə malikdir: "Əgər ölkədə hər hansı
neqativ hal, radikallıq baş verirsə, bu da cəmiyyətin içindən
gəlir. Həmin şəxslərin də ailəsi, anası, bacısı var. Ailədəki
qadınların bu cür şəxslərə təsir etmək imkanları var. Bu nüanslar
mütləq nəzərə alınmalıdır".
O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin siyasətində daim
İslami dəyərlərə münasibət özünü açıq şəkildə büruzə verir. Ölkədə
dini abidlələrin, məscidlərin bərpası buna nümunədir. Hazırda
Qafqazda ən böyük məscidlərdən biri Bakıda inşa olunur: "Cənab
Prezidentin bir sərəncamından da xəbər tutduq. Həmin sərəncam dini
icmalara maddi yardımın ayrılması ilə bağlıdır. Biz bu yardımlar
vasitəsilə dini icmalarda radikallığın qarşısını almağı nəzərdə
tutmuşuq".
Komitə sədri əlavə edib ki, konfrans çərçivəsində Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi arasında 2015-ci ilə dair birgə tədbirlər planı
imzalanacaq.
Qeyd edək ki, konfransda ekspertlərin iştirakı ilə Azərbaycanda
ailə institutu, sosioloji, kulturoloji və psixoloji məqamlar, ailə
istitutunun formalaşmasında və qorunub saxlanmasında milli və dini
dəyərlərin rolu kimi mövzular müzakirə olunacaq.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK