Kanadadan Azərbaycana göndərilən 4 kq narkotik ələ keçirilib
Bizi izləyin

Qırmızı.az

Kanadadan Azərbaycana göndərilən 4 kq narkotik ələ keçirilib

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. İnsanların həyat və sağlamlığını, ölkənin genefondunu belə təhlükə altına qoyan narkokuryerlər müxtəlif üsullarla, hətta beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik maddələri respublikamıza keçirməyə cəhd göstərirlər. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi faktların qarşısı qətiyyətlə alınır.

Belə ki, bu günlərdə Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində poçt göndərişlərinə “Rapiscan” markalı rentgen aparatı vasitəsi ilə gömrük nəzarəti həyata keçirilərkən Kanadadan daxil olmuş iki ədəd poçt bağlaması şübhə doğurduğu üçün saxlanılmış və gömrük yoxlaması zamanı bağlamanın birindən 2 kiloqram 15 qram,digər bağlamadan isə 2 kiloqram 300 qram olmaqla, cəmi 4 kiloqram 315 qram bitki mənşəli, tünd yaşıl rəngli, kəskin qoxuya malik maddə aşkar olunub.

Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasənhəmin maddələrin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu müəyyən edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm